Yuxarı

Yeni lazer silahımız “hədəf”i məhv etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni lazer silahımız “hədəf”i məhv etdi - Video

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Azərsilah Holdinqdə ölkənin ilk yerli lazer silahı istehsal edilib.

Axar.az Olke.az-a istinadən xəbər verir ki, “Fireforce” adlanan silah bütün yerli hissələri ilə birlikdə azərbaycanlı mühəndislər tərəfindən Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilib.

Bir kilometrə qədər olan hədəfləri vura bilən 900 kiloqram çəkili silah yüngül zirehli maşına quraşdırılıb. 30 kilovat gücə malik silah quru, hava və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.

Azərbaycanın ilk lazer silahı olan “Fireforce”un konstruktoru Valeh Arifzadə bildirib ki, silahı 2 ay kimi qısa müddətdə hazırlayıblar.

Onun sözlərinə görə, “Fireforce” rəqibləri ilə müqayisədə daha yığcamdır:

“Lazer silahları normalda nəm, toz və buxardan təsirlənir və gücünü itirir. Silahımızın elə problemi yoxdur. Hələlik 1 kilometr vuruş məsafəsi var, amma 10 kilometrə çatdırmağı planlaşdırırıq, zaman keçdikcə silahımızı təkmilləşdirəcəyik. Bütün hissələri özümüz hazırlamışıq və patent dövlətimizə məxsusdur”.

Tarix
2024.09.27 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla