Yuxarı

Ad günündə oğurluq edib, Rusiyaya qaçdı, interpol saxladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naftalan şəhərində oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, “İnterpol”un Milli Mərkəzi Bürosu və Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan Naftalan şəhər sakini Arif Vəliyev Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib.

Qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E.Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər.

Mənzil sahibinin ad günüdə E.Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A.Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A.Vəliyev H.Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.

Faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2024.10.02 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

Ermənilər Natiq Qasımovla bağlı bu məlumatdan imtina edir

İranın İsrailə hücumunun səbəbi... - Türk general

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

İcma: Simonyanın Qərbi azərbaycanlılarla bağlı çıxışı...

Meksika prezidenti Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla