Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə
yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü
Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəməsinin növbəti iclası
keçirilib.
Report-un məlumatına görə, hakim Əfqan
Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin
istintaqa verdiyi ifadələr yenidən elan olunub.
Zərərçəkmiş şəxsin hüquqi varisi (atası) Haqverdi İsgəndərov
ifadə verib: "Oğlumun ailəsində həmişə qalmaqal olub. Hadisə günü
səhər saat 10:00 radələrində mənə zəng edib Füzulinin öldürülməsini
dedilər. Xalidə mənə bir nəfərin qarajda oğlumu bıçaqla vurduğunu
bildiridi. Mən Xalidənin nəyə qadir olduğunu bilirəm. Daha əvvəl
bir dəfə o, Füzuliyə xəsarət də yetirmişdi. Hətta oğlum gəlinimdən
qorxurdu. Xalidə həmişə deyirdi ki, "Füzuli bir gün mənim əlimdə
qalacaq". Biz səkkiz aydan sonra oğlumu Xalidənin öldürdüyünü
bildik".
H. İsgəndərov bildirib ki, 2015-c il ilin may ayının 6-da nəvəsi
Əmanə atasını anası X.İsgəndərovanın öldürməsini etiraf edib:
"Nəvəm Əmanə mənə hadisə haqda danışdı. O, atasını anasının
öldürdüyünü dedi. Əmanə mənə bildirdi ki, o, Füzulinin səsinə
qaraja gedib. Oğlumu qan içərisində görüb. Anasının Füzulini
bıçaqla vurduğunu etiraf etdi. Oğlum yerə yıxılandan sonra Xalidə
ona 19 bıçaq zərbəsi endirib. Sonra o, Türkiyə səfirliyində işləyən
qardaşı İlyas İbrahimova zəng edib. Qardaşı da ona üqətli başqa
şəxsin törətməsiniü başa salıb. Məhkəmədən xahiş edirəm ki,
Xalidəyə ən ağır cəza verəsiz. Həmçinin, onun qardaşı İlyas
İbrahimovun da qanun qarşısında cavab verməsini istəyirəm".
Məhkəmə aprelin 19-də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş
verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov
yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər
Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi
əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə
İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova
şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun
illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini
olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası
oğludur.
2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində
keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O,
cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti
zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini
və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını,
kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış
edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra
hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin
edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş
istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən
saxlanılıb.