Yuxarı

Laçına müntəzəm avtobus reysi istifadəyə verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr 2024-cü il tarixindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

AYNA-dan Axar.az-a verilən məlumata görə, reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Tarix
2024.10.10 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir - Səfir

Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Ermənistan hazırdır, Azərbaycan niyə rədd edir? - Paşinyan

Naxçıvan məsələsinə razı olacağımızı demədik - Paşinyan

Ermənistanın bütün yolları Azərbaycana açıqdır - Paşinyan

Rəsmi Bakıdan Volker Türkə cavab

Avropanın “məntiqi”: Putinsiz savaşı dayandırmaq olar?

İrəvanla münasibətlərin normallaşdırılması... - Ərdoğan

Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq

Səfir Hikmət Hacıyevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla