Yuxarı

Bakıda motosikletçilərin düşdüyü dəhşətli qəzanın - Videosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində motosikletlərin iştirakı ilə baş vermiş bəzi qəzaların görüntülərini yayıb.

Axar.az xəbər verir ki, hadisələrə sürücülərin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

Mərkəzin sektor müdiri Ömər Xıdırov bildirib ki, Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsünün işıqforun qadağanedici siqnalını heçə sayması və yolu gəldiyi sürətlə keçməsi məlum olur:

"İşıqforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq. Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə işıqforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. NİİM diqqətə çatdırır ki, işıqforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə də işıqfora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirlərini görməli və siqnalların tələblərinə riayət olunmalıdır”.

Qeyd edək ki, görüntülərdəki birinci hadisə ötən ilin noyabrın 18-i baş verib.

Hadisə zamanı iki motosiklet yolayrıcını keçərkən "Çangan” və "Toyota” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində motosikletlərin sürücüləri və sərnişini ağır xəsarət alıblar. Bunlar 2002-ci il təvəllüdlü Zeynalabdin Elçin oğlu Tağıyev, 1989-cu il təvəllüdlü Sehran Əli oğlu Məhərrəmov və 1991-ci il təvəllüdlü Vüsal Kamil Allahverdiyev oğludur.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, üç yaralı xəstəxanaya yerləşdirilib, ikisinin ayaq sümükləri sınıb. Onlar cərrahi əməliyyat edildikdən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

İkinci hadisə isə bu il fevralın 28-i qeydə alınıb.

Tarix
2025.03.04 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla