Yuxarı

Terminallara qənim kəsilənlər tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terminallara qənim kəsilənlər tutuldu - Video

Gəncədə tutulan cinayətkar qrupun, ödəmə terminallarına nədən qənim kəsildiklərinin təfərrüatları məlum olub. Dırnaqarası qəhrəmanlar, bu yolla daha qısa müddətdə külli miqdarda qazanc əldə edə biləcəklərini düşünüblər.

Region TV xəbər verir ki, 23 - 25 yaşlarında olan Tural Ələşrəfov, Atil Hacıyev və Həsən Salmanov asan qazanc əldə etmək məqsədi ilə əlbir olaraq, şəhərin müxtəlif ərazilərində yerləşən ödəmə terminallarını qarət ediblər. Qrup ilk cinayətini 2015-ci ilin sentyabrda Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən terminalı qarət etməklə törədib. Lakin bu cəhdləri uğursuz alınıb. Atil Hacıyevin başçısı olduğu dəstə 2016-cı ilin 15 fevralında gecə saatlarında şəhərin Atatürk prospektində yerləşən ödəmə terminalından pul götürə biliblər. Özləri ilə gətirdikləri dəmir alətlə aparatı sındıraraq içərisində olan 1065 manatı götürüblər.

Cinayətkar qrup eyni üsulla 2016-cı ilin mart ayında daha bir oğurluq hadisəsi törədiblər. Bu dəfə Gəncənin Nizami küçəsində yerləşən terminal sındırılaraq içərisində olan 217 manat götürülüb. Bu, cinayətkar dəstənin sonuncu əməli olub.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq qrupu tərəfindən saxlanılan şəxslərin bu və ya digər cinayətlərin iştirakçısı olub-olmadıqlarını araşdırır, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2016.04.16 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla