Yuxarı

Gömrükçülər yarım ton heroin tutdu – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükçülər yarım ton heroin tutdu – Foto

Azərbaycan gömrükçüləri yarım tondan artıq heroin aşkar edib.

ANS-in məlumatına görə, kişmiş yüklü maşın Astara gömrükçüləri tərəfindən əməliyyat məlumatına əsasən saxlanılıb. Maşına rentgen baxışı keçirilən zaman məlum olub ki, yük heç də kişmişdən ibarət deyil. Maşından təqribən yarım tondan artıq heroin aşkarlanıb.

Gömrük sənədləşməsində "Volvo" markalı yük maşınında 20 ton 200 kq kişmiş yükü olduğu yazılsa da, baxış zamanı məlum olub ki, 1997 kişmiş qutusunun 100-ünə narkotik vasitə olan heroin qablaşdırılıb. Sürücü 39 yaşlı Belarus vətəndaşı Aleksandr Antonoviç Kuzmin yükün İran İslam Respublikasından yükləndiyini və Belçikaya çatdırılmalı olduğunu deyib. A.Kuzmin kiçmiş yükünün içində narkotik vasitə olan heroinin gizlədilməsindən tamamilə xəbərsiz olduğunu bildirsə də, Dövlət Gömrük Komitəsinin istintaq idarəsində başlanan araşdırmalar zamanı məsələyə aydınlıq gətiriləcək.

Bu, Azərbaycan gömrükçülərinin son ayda ikinci böyük miqyaslı uğurlu əməliyyatıdır. Ötən ay Xaçmaz gömrük idarəsində kişmiş yüklü maşına baxış keçirən zaman da 486 kq narkotik vasitə olan heroin aşkar edilmişdi.

Tarix
2016.04.17 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla