Yuxarı

Kürdə suyun səviyyəsi artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda sululuğun artımı müşahidə olunur.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, bu gün transsərhəd Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm artıb və hazırda çayda sululuq ongünlük normadan 30%, ötən il ilə müqayisədə isə 10% çoxdur: "Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 14 sm artıb və hazırda sululuq normaya yaxın, ötən il ilə müqayisədə 8% çoxdur. Araz çayının Qıvraq məntəqəsində isə suyun səviyyəsi 9 sm artıb".

Mərkəz direktoru qeyd edib ki, bəzi yerli çaylarda da suyun səviyyəsində artım müşahidə olunub: "Oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam etməsi ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".

Tarix
2024.10.16 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin göstərişi: Müdafiə xərcləri 1,7 milyard artırıldı!

Bakının etirazından sonra İrəvan bu işi dayandırdı

Azərbaycan Serbiya ilə siyasi məsləhətləşmələr apardı

Azərbaycanla İran arasında mühüm iclas keçiriləcək

BƏƏ səfiri ADU-da - Foto

Durov və Sebanın Fransada saxlanılması... - XİN

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla