Yuxarı

BƏƏ səfiri ADU-da - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi Azərbaycan Dillər Universitetinin qonağı olub.

Axar.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla səfiri səmimiyyətlə salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayan rektor bu ilin iyun ayında ADU-da açılan Şeyx Zayed adına Ərəb dili auditoriyasının ölkələrimiz arasındakı əlaqələrin səviyyəsini göstərən fakt olduğunu bildirib. Qeyd olunub ki, bu mərkəz Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradır.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını ifadə edən Məhəmməd əl-Bluşi bildirib ki, hazırda ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. ADU-da açılan Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılışında göstərdiyi dəstəyə görə ADU-nun rektoru Kamal Abdullaya dərin təşəkkürünü bildirən səfir bu qurumun fəaliyyətinin xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Gələcək elmi əməkdaşlıq, müəllim və tələbə mübadiləsi müzakirələri ilə davam edən görüşdən sonra Məhəmməd əl-Bluşi “Səfir saatı” çərçivəsində Şeyx Zayed adına Ərəb dili auditoriyasında tələbələrlə görüşüb, “Birləşmiş Ərəb Əmirliklərində təhsil” adlı mühazirə oxuyub. Sonra tələbələrin mövzu ətrafında marağına səbəb olan sualları cavablandıran səfir Birləşmiş Ərəb Əmirliklərində təhsil almaq imkanları barədə geniş məlumat verib. Tələbələr ərəb dilində şeir səsləndiriblər.

Görüş Birləşmiş Ərəb Əmirliklərinin universitetləri haqqında videoçarxın nümayişi ilə yekunlaşıb.

Tarix
2024.10.16 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Serbiya ilə siyasi məsləhətləşmələr apardı

Azərbaycanla İran arasında mühüm iclas keçiriləcək

Durov və Sebanın Fransada saxlanılması... - XİN

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla