Yuxarı

Durov və Sebanın Fransada saxlanılması... - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılması və onlar barəsində həbs-qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur. Bu şəxslərin siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfindən Durovun və Sebanın həbsi ilə bağlı şərhində qeyd olunub.

Bildirilib ki, Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır:

"Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa Birliyi, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir".

Tarix
2024.10.16 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Serbiya ilə siyasi məsləhətləşmələr apardı

Azərbaycanla İran arasında mühüm iclas keçiriləcək

BƏƏ səfiri ADU-da - Foto

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla