Yuxarı

İrana səfərimin məqsədi... - Mustafayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın neft naziri Möhsün Paknejad Tehranda keçirdikləri görüşdə energetika sahəsi başda olmaqla ikitərəfli əməkdaşlığın sürətlənməsi məqsədilə birgə işçi qrupun formalaşmasına dair fikir mübadiləsi aparıblar.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Görüş zamanı M.Paknejad bildirib ki, neft və enerji sektoru iqtisadi əlaqələrin inkişafı üçün oxlardan biridir.

O bu sahədə əməkdaşlıq səviyyəsinin artırılması ilə bağlı istənilən təşəbbüsləri alqışladıqlarını söyləyib.

Nazirin sözlərinə görə, bu cür əməkdaşlıq lazımi infrastruktur tələb edir.

Şahin Mustafayev isə vurğulayıb ki, İrana səfərinin məqsədi iki ölkə arasında münasibətləri nəzərdən keçirmək və gələcək layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaqdır.

Xatırladaq ki, Ş.Mustafayev Tehranda İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Arakçı və digər rəsmilərlə görüşüb.

Tarix
2024.10.16 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

BTQ-dən Sebanın Fransada saxlanılmasına reaksiya

Əliyevin tələbi: İrəvan icra etməyə hazırlaşır - Təcili

Erməni səfir Azərbaycanın Müstəqillik Gününə belə hazırlaşır

Azərbaycanla BMT arasında memorandum imzalandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla