Yuxarı

BTQ-dən Sebanın Fransada saxlanılmasına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Təşəbbüs Qrupu Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyir. Bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neo-kolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi qiymətləndirilməlidir.

Axar.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasına dair bəyanatında yer alır.

“Kemi Seba, uzun illər ərzində neo-kolonializm siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə önəmli simalardan biridir. Onun saxlanılması, ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir.

Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır.

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları müdafiəçilərini və beynəlxalq təşkilatları bu qanunsuz hərəkəti qınamağa və Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur.

Afrika xalqlarının öz gələcəklərini azad və ədalətli şəkildə müəyyən etmək hüququ təmin olunmalı və onların suverenliyinə qarşı edilən hər hansı müdaxilə qəti şəkildə rədd edilməlidir.

Biz, Bakı Təşəbbüs Qrupu olaraq, bu hadisəni Fransanın Afrikada uzun illərdir davam edən neo-kolonial siyasətinin bir təzahürü kimi görür və regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməsinə çağırırıq”, - bəyanatda bildirilib.

Tarix
2024.10.16 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

Əliyevin tələbi: İrəvan icra etməyə hazırlaşır - Təcili

Erməni səfir Azərbaycanın Müstəqillik Gününə belə hazırlaşır

Azərbaycanla BMT arasında memorandum imzalandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla