Yuxarı

Rusiya qorxusu: ABŞ Kiyevə bu yardımdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Moskva ilə nüvə münaqişəsi riski səbəbindən Kiyevin Ukrayna hava məkanında Rusiya raketləri və PUA-larının vurulması tələblərini yerinə yetirməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“ABŞ İsrailin üzərində İran raketlərini vurmaq riskini götürə bilər, çünki bu, İranla nüvə münaqişəsinə gətirib çıxarmayacaq. Amma bunu Rusiya ilə etmək böyük risk daşıyır”, - nəşr ABŞ Senatındakı mənbəyə istinadla bildirib.

Nəşrin məlumatına görə, Bayden administrasiyasının bir neçə rəsmisi də analoji açıqlama ilə çıxış edib:

“İsrailə yardım etmək üçün ABŞ-ın gəmilərə yerləşdirilmiş kifayət qədər hava hücumundan müdafiə sistemləri var. Amma ərazisi İsraildən dəfələrlə böyük olan Ukrayna üzərində raket və PUA-ları vurmaq üçün ABŞ ora öz qırıcılarını və hava hücumundan müdafiə sistemlərini göndərməlidir. Bu cür addımlar da Rusiya Silahlı Qüvvələri ilə birbaşa toqquşma riskinə səbəb olur”.

Tarix
2024.10.16 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ səfiri ADU-da - Foto

Durov və Sebanın Fransada saxlanılması... - XİN

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

BTQ-dən Sebanın Fransada saxlanılmasına reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla