Yuxarı

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb.

Axar.az xəbər verir ki, layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, üç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək.

Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilməyəcək.

Qeyd olunub ki, minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcək.

İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur.

Zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstəriləcək.

Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Tarix
2024.10.16 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

İrana səfərimin məqsədi... - Mustafayev

BTQ-dən Sebanın Fransada saxlanılmasına reaksiya

Əliyevin tələbi: İrəvan icra etməyə hazırlaşır - Təcili

Erməni səfir Azərbaycanın Müstəqillik Gününə belə hazırlaşır

Azərbaycanla BMT arasında memorandum imzalandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla