Yuxarı

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı Azərbaycanla sülh sazişinin 16 maddəsinin razılaşdırıldığı haqqındakı bəyanatı ciddi müzakirələr doğurub.

Axar.az xəbər verir ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla müzakirə edilən sülh sazişində 13 maddənin razılaşdırıldığı, yalnız 3 maddə və preambulada ortaq məxrəcə gəlinmədiyini bildirmişdi. Hətta ötən gün mediaya açıqlamasında Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sərkis Xandanyan da 7-8 oktyabrda Moskvada MDB Dövlət Başçıları Şurasının sammitində Nikol Paşinyanın Prezident İlham Əliyevlə qeyri-rəsmi görüşü zamanı razılaşdırılmayan maddələrə görə xarici işlər nazirləri səviyyəsində iki günlük müzakirələr keçirilməsini təklif etdiyini bildirmişdi. Yəni belə görünür ki, sözügedən 3 maddə üzrə razılaşma hələ də yoxdur.

Ancaq eyni gündə Alen Simonyanın “16 maddə razılaşdırılıb” deməsindən belə görünür ki, “razılaşdırılmayan maddə” qalmayıb və sülh sazişi artıq tam “hazırdır”.

Bəzi erməni nəşrləri iddia edib ki, Ermənistan əslində “kluarlarda” digər 3 maddə ilə bağlı Azərbaycanın tələblərini qəbul edib, Simonyan da dolayısı ilə buna işarə edib.

Azərbaycan politoloqları isə bunu Simonyanın hiyləgər gedişi kimi qiymətləndirir. Onların fikrincə, Alen Simonyan bununla guya sülh sazişi bağlamaq üçün heç bir maneənin qalmadığı təəssüratı yaratmaqla, Azərbaycanı “sülh sazişindən qaçan tərəf” kimi təqdim etməyə çalışır.

Tarix
2024.10.16 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

BTQ-dən Sebanın Fransada saxlanılmasına reaksiya

Əliyevin tələbi: İrəvan icra etməyə hazırlaşır - Təcili

Erməni səfir Azərbaycanın Müstəqillik Gününə belə hazırlaşır

Azərbaycanla BMT arasında memorandum imzalandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla