Yuxarı

Cahangir Əsgərovun həyat yoldaşının bankı müflis olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müştərilər tərəfindən Premium Bank ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.

Axar.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin "Premium Bank”dakı depozitləri 8% və ya 40,5 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 13,7% və ya 13,1 milyon manat azalıb. Oktyabr ayının əvvəlinə olan məlumata görə, fiziki şəxslərin "Premium Bank”da 290,4 milyon, hüquqi şəxslərin isə 82,8 milyon manat depoziti olub.

Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə "AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə Bank Silk Way ASC, hazırda isə "Premium Bank” ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.

Onu da qeyd edək ki, Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad olunduqdan (1 sentyabr 2023) sonra müştərilərin "Premium Bank”dakı depozitləri 27% və ya 139,1 milyon manat azalıb. Belə ki, Cahangir Əsgərov AZAL-ın prezidenti olan zaman açıqlanan sonuncu hesabatda bankın 512,3 milyon manat depozit portfelinə sahib olduğu göstərilib. Dünən açıqlnan sonuncu maliyyə hesabatında isə bankın depozit portfelinin 373,2 milyon manata düşdüyü qeyd olunub.

Tarix
2024.10.16 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla İran arasında mühüm iclas keçiriləcək

BƏƏ səfiri ADU-da - Foto

Durov və Sebanın Fransada saxlanılması... - XİN

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla