Yuxarı

Azərbaycanla İran arasında mühüm iclas keçiriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası yaxın aylarda Tehranda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə X hesabında paylaşım edib.

Diplomat qeyd edib ki, bu qərar Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərindən sonra verilib:

“Bu il 14-15 oktyabr tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasına işgüzar səfəri həyata keçirib. Baş nazirin müavini İranın Prezidenti tərəfindən qəbul edilib. Onun İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutub”.

Səfirin sözlərinə görə, görüşlərdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirilib.

“Keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulanıb, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alınıb”, - o vurğulayıb.

Tarix
2024.10.16 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Serbiya ilə siyasi məsləhətləşmələr apardı

BƏƏ səfiri ADU-da - Foto

Durov və Sebanın Fransada saxlanılması... - XİN

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla