Yuxarı

Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada səfərdədir.

Axar.az xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) "Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq - Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)" adı xüsusi sessiya keçirib.

Tədbirdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Tailandın Baş Prokurorluğunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali noyabrda keçiriləcək ən böyük iqlim konfransı COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib.

Eyni zamanda COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya barədə iştirakçılara məlumat verilib.

Tədbirdə COP29-un promo çarxı nümayiş etdirilib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və BMTNCİ-nin İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş baş tutub.

Nümayəndə heyətinin Avstriyaya işgüzar səfəri başa çatıb.

Tarix
2024.10.17 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla