Yuxarı

Tanınmış aparıcının ölkədən çıxışına qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib.

Axar.az lent.az-a istinadən bildirir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları ilə bağlıdır. Belə ki, jurnalist müəyyən müddət keçməsinə baxmayaraq, vergiləri ödəməyib.

Buna görə də, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Dövlət qurumu məhkəməyə müraciətində İdris Heydərlinin borcu ödəmədiyi təqdirdə Azərbaycandan çıxışına qadağa qoyulmasını xahiş edir.

Qeyd edək ki, İdris Heydərli 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində böyük redaktor vəzifəsində çalışıb. Dönəmin ən məşhur proqramı olan "Ev sizin sirr bizim" verilişinin rəhbəri və aparıcısı olub. 2002-ci ildə yenidən televiziyaya dönüb və Speys TV-də redaktor, aparıcı vəzifələrini daşıyıb. Həmin vaxtlar məşhur proqram "Ay, ev yiyəsi"nin müəllif və aparıcısı, "Gizli və aşkar Azərbaycan" proqramının müəllifi olub. 2006-cı ildə bu kanaldan AzTV-yə redaktor olaraq geri dönüb. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən "İnter Azərbaycan" (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer alıb.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Tarix
2024.10.17 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla