Yuxarı

Bakıda qanunsuz işləyən obyekt bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlak bazarına nəzarət məqsədilə qida obyektlərində müntəzəm olaraq monitorinqlər həyata keçirir.

AQTA-dan Axar.az-a bildirilib ki, monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və 28 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyeva Zenfira Əmir Əli qızına məxsus “Sarı Sünbül” iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra nöqsanlar məlum olub.

Belə ki, iaşə obyektində qida məhsullarının saxlanma rejiminə riayət edilmədiyi, təmizlik vasitələrinin emal sahəsində saxlandığı, soyuducu və dondurucu avadanlığın nasaz vəziyyətdə olduğu, soba və tavaların paslandığı və uzun müddət ərzində təmizlənmədiyi, qida məhsulları, avadanlıqlar və əllərin yuyulması prosesinin antisanitar vəziyyətdə olan birgözlü yuma çanağında həyata keçirildiyi, xəmirqarışdıran qurğunun və bişirmə sobalarının korroziyaya uğradığı, səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi, ağzıaçıq tullantı qabından istifadə edildiyi, kanalizasiya xətlərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin fərdi mühafizə vasitələri və xüsusi iş geyimindən istifadə etmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib, soyuducu və dondurucu avadanlıqlarda bir sıra mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Tarix
2024.10.17 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla