Yuxarı

Dələduz şirkət rəhbəri həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dələduz şirkət rəhbəri həbs olundu

Bakıda dələduzluqda şübhəli bilinən Topstap LTD MMC-nin təsisçisi Mətanət Həsənovanın barəsində həbs-qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Səbayıl Rayon Məhkəməsində Mətanət Həsənovanın barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verilib. Həmin qərardan M. Həsənovanın verdiyi apelyasiya şikayəti isə təmin edilməyib.

Qeyd edək ki, aprelin 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb. Mətanət Həsənova ötən ilin noyabrından bu ilin martınadək vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Tarix
2016.04.21 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla