Yuxarı

Keçmiş polisin istintaqı başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş polisin istintaqı başa çatdı

Bakıda dələduzluqda və rüşvət verməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Report-un məlumatına görə, Ruslan Seyfəddin oğlu Hüseynov barəsində başlanmış cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttiham aktına əsasən, R.Hüseynov 2014-cü ildə vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltməkdə, tikintiyə başlamaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) adından istifadə edərək saxta sənəd düzəltməkdə, torpaq alıb başqasına satmaqla gəlir əldə etməkdə və digər adlarla nağd şəkildə pul vəsaiti ələ keçirməkdə təqsirləndirilir. O, ümumilikdə vətəndaşlara 223 min manat məbləğində ziyan vurub.

Zərərçəkmiş şəxslər R.Hüseynovun dələduzluq əməli ilə bağlı Nizami Rayon Prokurorluğuna müraciət ediblər. Prokurorluqda onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4-cü (iştirakçılıq, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) və 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, R.Hüseynov 2007-ci ildən 2008-ci ilə kimi Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətində (PPX) polis nəfəri, 2008-ci ildən 2012-ci ilə kimi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) komendat tağımında polis nəfəri vəzifəsində, 2012-ci ildən 2014-cü ilə kimi BŞBPİ-nin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində, 2014-cü ildən isə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının polis nəfəri vəzifəsində çalışıb.

Tarix
2016.04.21 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla