Yuxarı

DİN-dən “Bulaq”dakı atışma ilə bağlı - Məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən “Bulaq”dakı atışma ilə bağlı - Məlumat

Daxili İşlər Nazirliyi Badamdarda yerləşən "Bulaq" restoranındakı atışma ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, aprelin 22-də Badamdar qəsəbəsində, "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar da olub. İnsident zamanı Fuad Əkbərov və Süleyman Abdullayev güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Restoranda atışma zamanı güllə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınına da dəyib. Ancaq Hoqan avtomobildə olmayıb və hadisə zamanı səfirliyin heç bir əməkdaşı zərər çəkməyib.

Tarix
2016.04.23 / 12:52
Müəllif
Hacı Qulu
Digər xəbərlər

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla