Yuxarı

Bakıdakı atışmaya görə həbs edildilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı atışmaya görə həbs edildilər - Foto

Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentin iştirakçıları - Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyevin barələrində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Report-a B.Rəfiyevin vəkili Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barələrində üç aylıq həbs qətimkan tədbiri seçilib.

A.Məmmədov bildirib ki, hadisə zamanı hüquqlarını müdafiə etdiyi şəxs təsadüfən "Bulaq" restoranında olub: "Bəhruz Rəfiyev restoranda nə dalaşıb, nə də söyüş söyüb. O, heç kimi vurmayıb. Bəhruz əlindən güllə yarası alıb".

Qeyd edək ki, cinayət hadisəsi aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Fotodakı barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən olan Bəhruz Rəfiyevdir.

Tarix
2016.04.24 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla