Yuxarı

DSMF-nin gəlir və xərcləri 10%-dən çox artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 7 milyard 676,4 milyon manat təşkil edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,45% çoxdur.

DSMF-nin gəlirlərinin 7 milyard 617,4 milyon manatı onun büdcə gəlirləri (13,3% çox), 59 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (74% az) hesabına formalaşdırılmalıdır.

Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9,5% çox - 5 milyard 997,4 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% artaraq 1 milyard 791,5 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 7,1% artaraq 244,3 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 17% artaraq 3 milyard 961,6 milyon manat təşkil etməlidir.

Bundan başqa, DSMF-nin büdcə gəlirlərinin digər tərkib hissələri olan sair gəlirlərin 57,5% artaraq 20 milyon manata (o cümlədən sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların 8,3% artaraq 2,6 milyon manat), Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcəyi gözlənilir.

2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10,45% çox - 7 milyard 676,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Xərclərin strukturundə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10,5% çox - 7 milyard 408,9 milyon manat olacağı gözlənilir. O cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10,5% artaraq 7 milyard 210,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9,25% çox – 198,4 milyon manat təşkil etməlidir.

Bundan başqa, Fondun xərclərinin digər tərkib hissələri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclərin 2% artaraq 25 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərclərinin 10,8% artaraq 87 milyon manat, qurumun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 10,6% artaraq 149,4 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinin dəyişməyərək 0,1 milyon manat, sair xərclər isə 17,65% artaraq 6 milyon manat olacağı gözlənilir.

Tarix
2024.11.18 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilə Çinin böyük planları var - Əliyev

İlham Əliyevdən Şuşa forumu ilə bağlı paylaşım - Video

Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident

Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev

Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev

Fransa ilə Kaledoniya arasında baş verən hadisə...

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

Donald Trampa çox minnətdarıq - İlham Əliyev

Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev

Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla