Yuxarı

Ölkəmizdə 145,3 milyonluq narkotik dövriyyədən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə 145,3 milyonluq narkotik dövriyyədən çıxarıldı

Bu ilin yanvar-oktyabr aylarında 6 ton 061 kiloqram 819,096 qramdan çox narkotik dövriyyədən çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin 512 kq 164,959 qr-nı heroin, 5 ton 008 kq 382,751 qr-nı marixuana, 154 kq 257,47 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 191 kq 744,959 qr-nı psixotrop maddələr, 156 kq 416,514 qr-nı digər narkotik vasitələr təşkil edib.

"Həmçinin göstərilən dövr ərzində 37317 ədəd metadon, 15272 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə, 10 qr prekursor qanunsuz dövriyyədən götürülüb", - məlumatda qeyd olunub.

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 145 milyon 389 min manat kimi qiymətləndirilir.

Tarix
2024.11.18 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla