Yuxarı

Leyla Əliyeva panel müzakirələrində iştirak etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İDEA İB və “Great Whale Conservancy” təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dəniz ekosisteminin sağlamlığında və iqlim dəyişikliyinin azaldılmasında dəniz məməlilərinin rolu” mövzusunda panel müzakirələrində iştirak edib.

Axar.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Leyla Əliyeva dəniz canlılarının ekoloji balans və iqlim dayanıqlılığının təmin edilməsi baxımdan əhəmiyyətini vurğulayıb.

Dünyanın ən iri məməliləri olan balinaların karbon dioksidinin atmosferdə miqdarının azaldılmasında oynadığı rolu vurğulayan Leyla Əliyeva bildirib ki, 1985-ci ildə qüvvəyə minən müvafiq moratoriuma baxmayaraq, balina ovu hələ də bir sıra ölkələr tərəfindən davam etdirilməkdədir.

Daha sonra Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfəyə yaxın azalması panel iştirakçılarının diqqətinə çatdırılıb.

İDEA tərəfindən ötən 13 il ərzində icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva gənclər və geniş auditoriya üçün həyata keçirilən məlumatlandırma tədbirləri, könüllülərin iştirakı ilə baş tutan sahilyanı ərazilərin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və Xəzər dənizinin unikal biomüxtəlifliyinin qorunmasına yönələn bir sıra digər tədbirləri qeyd edib.

Panel müzakirələrinin davamında “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax və Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatov müxtəlif dəniz canlıları, o cümlədən balinaların və suitilərin dəniz ekosistemi üçün əhəmiyyəti və su hövzələrinin çirklənməsinin ətraf mühitə təsiri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tarix
2024.11.19 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla