Yuxarı

Bakıda xanım sürücünü soymaq istədilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda xanım sürücünü soymaq istədilər

Nəsimi rayonunda qadın sürücüyə qarşı soyğunçuluq cinayətini törədən şəxslər də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Musavat.com xəbər verir ki, aprelin 24-də Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb edib. Lakin səs-küy yarandığından həmin şəxslər istəklərinə nail ola bilməyərək, hadisə yerini tərk ediblər.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ağsu rayon sakini Amal Allahverdiyev və Saatlı rayon sakini Asim Əliyev tutulub. Onların üzərlərinə baxış zamanı 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd maska götürülüb.

Saxlanılan şəxslər qadına qarşı soyğunçuluq cəhdlərini istintaqa nəqlə ediblər.

Amal Allahverdiyev: "Asimlə belə planlaşdırdıq ki, sürücü xanımın maşınına oturub, ondan pul tələb edək. Hadisə Dəmir yolu xəstəxanasının park yerində baş verdi. Bir xanım gördük. O, maşına əyləşəndə mən qapını açdım. Xanım səs-küy saldı. Biz də getdik.

Asim Əliyev: "Sol tərəfdə dayanmışdı. Amal dedi ki, sən çöldə dayan, işimi rahat görə bilim. Pulu olsaydı, pulunu alacaqdıq. Olmasaydı, qaçıb getməliydik".

Faktla bağlı cinayət işi başlanılıb.

Tarix
2016.04.26 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla