Yuxarı

Bakıda avtoritetlərdən avtomat tapıldı - Həbs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda avtoritetlərdən avtomat tapıldı - Həbs

11:48

Paytaxt polisi əməliyyat keçirib və şübhəli şəxsləri yaxalayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Məhərrəm Məmmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança və 3 ədəd patron götürülüb.

Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş AKM markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus VAZ-2104 markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş "Naqan" tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülüb.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.

Report isə tutulanların Lotu Quliyə yaxınlığı ilə tanınan şəxslər olduğu barədə xəbər yayıb.

Tarix
2016.04.27 / 14:40
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla