Yuxarı

Prezidentin sədr müavini təyin etdiyi şəxs kimdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin sədr müavini təyin etdiyi şəxs kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezidentin İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinə yeni müavinlər təyin olunub.

Axar.az xəbər verir ki, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov 1975-ci ildə Moskvada doğulub.

X.Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb.

2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib.

2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.

Xəyyam Məmmədovun son iş yeri isə Azərsığorta ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsi (16 iyul 2022-ci ildən) olub.

Tarix
2024.11.23 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Paşinyandan Konstitusiya ilə bağlı açıqlama

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

Bakcell lotereyasında 7-ci lüks avtomobil uduldu!

Bakı beynəlxalq əməkdaşlıq platformalarının oyunçusudur

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla