Yuxarı

Bu fondun büdcəsi 3 milyard manat olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu fondun büdcəsi 3 milyard manat olacaq

Gələn il Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun büdcəsi təxminən 3 milyard manat olacaq ki, bu da səhiyyə xərclərinin 70,6%-ni icbari tibbi sığorta ilə əhatə etməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn il büdcənin səhiyyə xərcləri 2 milyard manat və yaxud ümumi xərclərin 7,4%-qədər olacaq. Bütövlükdə səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ isə 3,6 milyard manat təşkil edəcək”, - o vurğulayıb.

Deputatın sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunda vəsait artımı əhaliyə göstərilən tibbi xidmətlərin kəmiyyətinə və keyfiyyətinə müsbət təsir edəcək:

"Bu gün əhalinin ən mürəkkəb müalicə və müayinələrini icbari tibbi sığorta qarşılayır. Növbəti ildən ambulator müalicə alan xəstələrin dərmanla təminatını da icbari tibbi sığorta qarşılayacaq ki, bu da son dərəcə təqdirəlayiq haldır. Digər bir məsələ odur ki, səhiyyə üzrə dövlət proqramları çərçivəsində müalicə alan xəstələr də icbari tibbi sığorta ilə əhatə olunmağa başlayıb. Bu keçidi daha da sürətləndirmək lazımdır. Prosesin başa çatması ilə bu qəbildən olan xəstələrin adekvat müalicəsi reallaşacaq. Bütövlükdə icbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir, insanların icbari tibbi sığortadan məmnunluğu daha da artır”.

Xatırladaq ki, İcbari Tibbi Sığorta Fondunun builki büdcəsi 2 milyard 850,3 milyon manatdır.

Tarix
2024.11.25 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla