Yuxarı

Bu tarixdə metro saat 1-ə kimi işləyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək

Noyabrın 28-də Bakı Metropoliteni QSC Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” Futbol Klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.

QSC-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında və metronun paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyun ərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq.

Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək.

Tarix
2024.11.26 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla