Yuxarı

13 yaşlı qızı şantaj etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
13 yaşlı qızı şantaj etdi - Video

Bakıda 13 yaşlı qızı fotoları ilə şantaj edib pul tələb edən şəxs tutulub.

Musavat.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən şəxs 13 yaşlı qızının sosial şəbəkə vasitəsilə şantaj edildiyini bildirib. 13 yaşlı qız valideynlərindəm xəbərsiz sosial şəbəkələrdən birində qeydiyyatdan keçib. O, orada başqa bir qızla tanış olub. Söhbət əsnasında tanış olduğu qız ondan profil fotosunun olmamasının səbəbini soruşub. 13 yaşlı qız "sosial şəbəkədən valideynlərimdən xəbərsiz istifadə edirəm, bilsələr məni öldürərlər" cavabını verib və bu səbəbdən profil fotosunun olmadığını yazıb.

Yazışdığı şəxs "mən sənə şəkil göndərsəm, sən də mənə şəkillərini yollayarsanmı?" soruşub və 13 yaşlı qız buna razılaşıb. Beləliklə, yeniyetmə qız şəkillərini göndərib. Bundan sonra qarşı tərəf qız yox, oğlan olduğunu yazıb və şantaja başlayıb.

Şantaja məruz qalan məktəbli bu barədə ailəsinə məlumat verib. Onlar isə polisə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri ilə yeniyetməni şantaj edənin Şamil Əzizbəyov küçəsində qeydiyyatda olan, faktiki olaraq isə Faiq Yusifov küçəsi ev 37, mənzil 40-da yaşayan 26 yaşlı Namiq Eldar oğlu olduğunu müəyyən edilib. Əməliyyatçılar onu 13 yaşlı qızdan tələb etdiyi 250 manatı almağa gələn zaman tutublar.

Araşdırmalar zamanı məlum olub ki, 26 yaşlı gənc sosial şəbəkələrdə qız adı ilə qeydiyyata düşərək, yeniyetmə qızlarla tanış olub. Onlarda şəkillərini alan Namiq sonradan oğlan olduğunu bildirib və müxtəlif tələblər irəli sürüb.

Namiq Əliyevin mobil telefonuna baxış keçirilərkən, müxtəlif sosial şəbəkələrdə qız adı ilə qeydiyyatdan keçdiyi aşkar edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Tarix
2016.04.28 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner - Foto

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla