Yuxarı

Azərbaycandakı dəhşətli təyyarə qəzasından 29 il ötür - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandakı dəhşətli təyyarə qəzasından 29 il ötür - Foto

Azərbaycan aviasiya tarixində baş verən ən ağır təyyarə qəzasından 29 il ötür.

Axar.az xəbər verir ki, 1995-ci il dekabrın 5-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus göyərtəsində 76 sərnişin və 6 heyət üzvünün olduğu 56 saylı "Naxçıvan-Bakı" reysi ilə uçan Tu-134B tipli sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra, saat 18:00 radələrində qəzaya uğrayıb.

Bu, Azərbaycanın aviasiya tarixinə ən dəhşətli qəza kimi düşüb.

Məlumata görə, havaya qalxan təyyarə 60 metr hündürlük və saatda 317 km sürət yığdıqdan sonra mühərriklərdən birində problem olduğu aşkar edilir. Sol mühərrikin sıradan çıxmasına baxmayaraq, göyərtə mühəndisi səhvən sağ mühərriki söndürür.

Pilot isə təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Sürəti saatda 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə üz-üzə gəlir. Pilotlar dəhşətli fəlakətdən yayınmaq üçün 37 dərəcə bucaq altında təyyarəni sağ tərəfdəki açıq sahəyə yönəltməyə çalışırlar.

Lakin onların bu cəhdi qəzadan xilas olmağa kifayət etmir və Naxçıvan şəhəri Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışır. Qəza nəticəsində göyərtədə olan 82 nəfərdən 4-ü heyət üzvü olmaqla, 52 nəfər həlak olur.

Tarix
2024.12.05 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla