Yuxarı

Bakı-Sumqayıt ekspres marşrutu: gediş haqqı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Sumqayıt ekspres marşrutu: gediş haqqı açıqlandı

Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.

Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin daşınması “Bakı Bus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.

Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışından götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Tarix
2024.12.06 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla