Yuxarı

Bakıda sexdə yanğın: yayılmasının qarşısı alındı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sexdə yanğın: yayılmasının qarşısı alındı - Video

Bakıda sexdə yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən sexdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 456 kv.m. olan taxta sexinin yanar konstruksiyaları 156 kv.m. sahədə, həmçinin hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 167 kv.m. olan boya sexinin yanar konstruksiyaları yanıb.

Taxta sexinin böyük hissəsi və bina yanğından mühafizə olunub.

Tarix
2024.12.09 / 09:29
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla