Yuxarı

Pol Riçard Qallager Azərbaycana gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pol Riçard Qallager Azərbaycana gəldi

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallager Azərbaycana üçgünlük səfərə gəlib.

Axar.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi informasiya portalı “Vatikan Nyus” məlumat yayıb.

Qeyd olunub ki, səfərin əsas məqsədi Bakıda Müqəddəs II İoann Pavel kilsəsinin təməlqoyma mərasimi və yerin xeyir-duasıdır. Məbəd paytaxtın Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində tikiləcək.

Rəsmi proqram dekabrın 14-də başlayacaq. Azərbaycana səfəri çərçivəsində arxiyepiskop Qallager xarici işlər naziri Ceyhun Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və yerli din xadimləri ilə görüşlər keçirəcək.

Müqəddəs Taxtın katibi həmçinin Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində ibadət keçirəcək.

Tarix
2024.12.14 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla