Yuxarı

Qəzaya düşən qardaşlarına köməyə gələn kişi cinayət törətdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya düşən qardaşlarına köməyə gələn kişi cinayət törətdi

Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan DAF markalı yük avtomobili ilə VAZ-21011 markalı minik maşını toqquşub, nəticədə birinci idarəetmədən çıxaraq aşıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları yaralanıblar.

Hadisə zamanı daha bir insident yaşanıb.

Belə ki, yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib. Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cü qardaşı, həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salaraq, ona bıçaqla hücum edib.

Nəticədə köməyə gələn sürücü qol nahiyəsindən bıçaq yarası alıb.

Qolundan bıçaq yarası alan sürücü də xəstəxanaya yerləşdirilib.

DİN-dən bildirilib ki, A.Şammədliyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Zəfər Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Tarix
2024.12.16 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla