Yuxarı

Qəbələdə obyektin damı və ağac maşınların üzərinə aşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə obyektin damı və ağac maşınların üzərinə aşdı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Qəbələ şəhərində irigövdəli ağacın avtomobilin üzərinə aşması və nəticədə avtomobil yolunun bağlanması barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər müvafiq vasitələrlə avtomobilin üzərinə aşmış ağacın hissələrə kəsilərək yoldan götürülməsini, bununla da yolda sərbəst hərəkətin bərpasını təmin ediblər. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ rayonu, Zarağan kəndində güclü külək səbəbindən avtomobillərin üzərinə aşmış obyektin damı ərazidən götürülüb və yaranmış təhlükə aradan qaldırılıb. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülərək yolda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Tarix
2024.12.17 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla