Yuxarı

Silahlı iranlılar zərərsizləşdirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Silahlı iranlılar zərərsizləşdirildi - Foto

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri ilə İran İslam Respublikasının vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhməd və Rəhim Fərəci, həmçinin rayon sakini Cabir Kazımov saxlanılıblar.

DİN-dən Axar.az-a verilən xəbərə görə, bu zaman İran vətəndaşları silahlı müqavimət gəstərməyə cəhd etsələr də, polis əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində zərərsizləşdiriliblər.

Üzərlərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloram narkotik vasitə olan heroin, "Kalaşnikov" markalı avtomat və ona aid 28 ədəd patron, içərisində 5 ədəd patron olan "Torun" markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2016.05.03 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla