Yuxarı

İlin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaşıl dünya namininə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 21 dekabr 2024-cü il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar, müxtəlif qida məhsulları və s.) əldə edə biləcəklər.

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif master klasslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədi ilə keçirilir.

21 dekabr 2024-cü il, 12:00-14:00, Xətai rayonu, “Gənclik” parkı (“Park House” restoranın yanı).

Tarix
2024.12.18 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya ilə 4 il əvvəl bağladığımız müqavilələr təxirə salındı

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi

Azərbaycan və Türkiyə parlament sədrləri görüşdü

Əmiri İrəvandakı abidəmizi ziyarət etdi

İrəvan bu icazəni alan kimi gedəcək - Əliyev

Sülh üçün İrəvan 2 şərti yerinə yetirməlidir

Ermənilərin Bakının “hücum edəcəyi” panikasının səbəbi...

Ona bir neçə mesaj göndərmək istərdim - Əliyev

Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə olub, amma indi…

Fransa Ermənistanda “müdafiə çətiri” yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla