Yuxarı

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyəti boyunca Azərbaycanın hər bölgəsində xeyirxahlıq işlərinə imza atan, minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondunun rəsmi fəaliyyətə başlamasından 4 il ötür. Fond ötən gün bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya gətirib.

"Kapital Bank"ın nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Yusif Poladov açıb. O, çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların müdafiəsi” istiqamətlərində Fondun 2024-cü ilə dair hesabatını təqdim edib. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər də yer alıb. Belə ki, 2024-cü il ərzində Fonda 4 505 donor tərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 196 könüllünün iştirakı ilə 4 019 benefisiara dəstək göstərilib.

Tədbirin davamında "Kapital Bank"ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova çıxış edərək Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasında Qırmızı Ürəklər Fondunun rolundan danışıb. “Qırmızı Ürəklər Fondunun ideyası bir neçə əməkdaşın təşəbbüsü ilə yaranmışdı. 4 il çox uzun vaxt olmasa da Fond bu müddətdə ətrafına xeyli könüllü toplaya, böyüyə və cəmiyyətimiz üçün çox dəyərli işlərə imza ata bildi. Bu olduqca əzmli və qürurverici yol oldu. Mən bu yolda bizimlə davam edən bütün könüllülərimizə, dəstək göstərən xeyirxah insanlara təşəkkürümü bildirirəm”.

Tədbirdə həmçinin Fondun Himayəçilik Şurasının üzvü Günay Məssimova Fondun uğurlarında könüllülərin rolundan danışaraq onlara təşəkkürünü bildirib.

Tədbir çərçivəsində Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə vermiş şirkətlər yeni təsis edilən “Red Hearts Award” mükafatı ilə təltif edilib. Mükafatlandırılanlar sırasında “PAŞA Həyat”, PAŞA Bank”, “PAŞA Investments”, “PashaPay”, “PAŞA Technology” və “PMD Group” şirkətləri də yer alıb. Eyni zamanda Fondun könüllülük fəaliyyətinə dəstək vermiş, layihələrdə təşəbbüsləri ilə fərqlənən könüllülərə və Kapital Bank-ın filial rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Tarix
2024.12.18 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Mediamız heç bir xarici mənbədən maliyyələşə bilməz!

Prezident onları “yalançı dördlük” adlandırdı

Sülh sazişi üzrə razılaşdırılmayan iki maddə hansıdır?

Bu silahlar Azərbaycan üçün təhlükə yaradır: Məcburuq ki...

Makron onların başqa hansı yerindən tutdu, bilmirəm...

Prezidentdən Gürcüstanda baş verən hadisələrə reaksiya

Rusiya ilə 4 il əvvəl bağladığımız müqavilələr təxirə salındı

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi

Azərbaycan və Türkiyə parlament sədrləri görüşdü

Əmiri İrəvandakı abidəmizi ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla