Yuxarı

Kiberhücuma məruz qalan müştərinin pulu bu halda qaytarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiberdələduzluğun qarşısı alınması üçün bankımızda artıq kibertəhlükəsizlik qrupu yaradılıb.

Axar.az xəbər verir ki, bu sözləri "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Cavid Mirzəyev "Kapital Bank"ın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında danışarkən deyib.

O bildirib ki, təhlükəsizliyi qorumaq məqsədilə "Kapital Bank" ölkədə ilklərə imza atıb:

"Bankımızda biznes müştərilərin kart hesabında kibertəhlükəsizliyinə xüsusi nəzarət olunur.

Bu il ərzində 140 000 müştərimiz kiberdələduzluğa məruz qalıb, 200 000-ə yaxın müştərinin isə kart hesabı kiberdələduzluq məqsədilə əməliyyata cəhd olunub. Bu statistikalar 2023-cü ilə nisbətən 2 dəfə çoxdur. Ona görə də kibercinayətlər xüsusi diqqətimizdədir. Hətta dərhal araşdırıb, müştərinin günahsız olduğunu təyin etdikdə itirilən pulu geri qaytarmağa nail oluruq. Əgər müştəri kart məlumatlarını özü paylaşıbsa və dələduzluğa səbəb olubsa, təəssüf ki, bu halda vəsaiti geri qaytara bilmirik.

Qeyd edək ki, "Kapital Bank"ın kibertəhlükəsizlik qrupu 2024-cü il ərzində kart məlumatlarını almağa çalışan və təhlükəli hesab edilən 100-ə yaxın saytı, 1000-dən çox sosial şəbəkəni bağlatdırmağa nail olub”.

Tarix
2024.12.19 / 14:03
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezident onlara müraciət etdi

Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur?

15 İyun Milli Qurtuluş Günü müasir tariximizin şanlı səhifəsidir

Sahibə Qafarova Qazaxıstana səfər etdi

Xankəndidəki qalmaqal: sahibkar cavab yazdı – Nə baş verir?

Uşaq bağçaları başqa adla fəaliyyət göstərir - Deputat

Vüqar Mustafayev Cakartada müdafiə sərgisində

Qazuani İlham Əliyevə məktub ünvanladı

TDT-nin Bakıda keçiriləcək Zirvə görüşünün vaxtı açıqlandı

Şeyx ona etiraz məktubu göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla