Yuxarı

Həsənovun müavini Gülər və Gürakla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsənovun müavini Gülər və Gürakla görüşdü - Foto

Türkiyənin Ankara şəhərində 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, tədbirdə iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 18-də Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkın ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq hörmət və ehtiram nümayiş etdirilib.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edən Azərbaycan nümayəndə heyəti, onun məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Nümayəndə heyətimizi ölkəmizin Türkiyədəki səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşları müşayiət ediblər.

Daha sonra Baş direktor A.Qurbanov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Görüşlərdə mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri xüsusi qeyd edilib, icra olunan qarşılıqlı fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub.

Səfər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr aparılıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının açılış mərasimi olub, həmçinin Alt İşçi Qrupların iclasları keçirilib.

Tarix
2024.12.19 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla