Azərbaycanda oğurluq edənlərə qarşı cəzalar
sərtlərşdirilir.
Milli Məclisdən Axar.az-a verilən məlumata görə, bu barədə
məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini
tapıb.
Məcəllənin 177.1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən,
oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə hazırda
yüz manatdan yeddi yüz manatadək nəzərdə tutulan cərimənin beş yüz
manatdan min manatadək məbləğdə müəyyən edilməsi təklif edilir.
Qeyd edək ki, həmin maddədə həmçinin oğurluğa görə üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə cəzası nəzərdə tutulur.
Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına
tövsiyə olunub.