Yuxarı

“40 ildir bunun çəkəniyəm...” – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“40 ildir bunun çəkəniyəm...” – Video

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, 60 yaşlı Vahid Bəhramov saxlanılıb.

Axar.az xəbər verir ki, onun yaşadığı Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, ev 24-də külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və çətənə kolları aşkarlanıb.

Saxlanılaraq idarəyə gətirilən Vahid Bəhramov Region TV-yə narkotiki öz istifadəsi üçün əkib-becərdiyini bildirib:

"Əkmişəm ki, özüm çəkim. Bir ovuc toxum var idi, səpdim yerə, bu çıxdı. Su da verdim, bir az böyüdü. Ay kişi, 40 ildir mən bunun çəkəniyəm. 4-5 aydır xərçəng xəstəsiyəm. Ağrıya dözə bilmirdim, onu çəkəndə canım rahat olurdu, gecələr rahat yatırdım".

Lakin Vahid Bəhramovun evində narkotik vasitələri ölçmək üçün istifadə edilən tərəzinin aşkarlanması onun həmin narkotiki tək öz istifadəsi üçün əkməsi ilə bağlı fikrinin yalan olduğunu sübuta yetirir.

Artıq Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Tarix
2016.05.05 / 15:06
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla