Yuxarı

Tağı Salyanski saxlanıldı: "Düşmənli adamam" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağı Salyanski saxlanıldı: "Düşmənli adamam" - Video

Salyanda cinayətkar aləmdə Tağı Salyanski ləqəbi ilə tanınan kriminal avtoritet Tağı Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən qanunsuz olaraq silah-sursat aşkar olunub.

Region TV xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan 47 yaşlı Tağı Qasımov saxlanılıb.

Rəşad Nuriyev – Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi: "Əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə Tağı Salyanski ləqəbi ilə tanınan Qasımov Tağı Əli oğlu şübhəli şəxs qismində saxlanılmışdır".

Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman "Makarov" konstruksiyalı tapança, 4 ədəd patron aşkar edilərək götürülüb. Polis şöbəsinə gətirilən Tağı Qasımov törətdiyi əməlləri etiraf edib.

Tağı Qasımov - saxlanılan şəxs: "Qəbiristanlığa qəbir üstünə getmişdim, ordan tapmışam. Düşmənli adamam. Düşmənlərim var".

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.

Tarix
2016.05.05 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla