Yuxarı

Toplum TV işi: Tutulan şəxslərlə bağlı yeni qərar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toplum TV işi: Tutulan şəxslərlə bağlı yeni qərar...

Toplum TV işi üzrə tutulan şəxlərin həbs müddəti uzadılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Məhkəmə onların barəsində olan həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu ilin mart ayının 6-da Toplum TV-nin ofisində axtarış aparılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsində Toplum TV-nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Tarix
2024.12.27 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla