Yuxarı

Bir milyonu mənimsəmiş sabiq rəisin məhkəməsi başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovun icraatına verilib.

Yaxın vaxtlarda məhkəmə başlanacaq.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Tarix
2024.12.29 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq... - ABŞ

Rusiya əlindən gələni edəcək ki, Bakı və İrəvan... - Səfir

Surinam prezidenti İlham Əliyevə başsağlığı verdi

Rusiya Azərbaycandan alır, amma Ermənistan…

Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi

Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Azərbaycanda generala yüksək vəzifə verildi

Mehriban Əliyeva: Qoy, Yer üzündəki bütün azərbaycanlılar...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Gürcüstan azərbaycanlıları buna görə üzr tələb edir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla