Yuxarı

Günahkar tapılacaq və cəzalandırılacaq – AZAL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə edib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Hava Yolları QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.

"Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir", - o deyib.

Onun sözlərinə görə, təyyarəyə kənar müdaxilə olunub:

"Günahkar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.29 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq... - ABŞ

Rusiya əlindən gələni edəcək ki, Bakı və İrəvan... - Səfir

Surinam prezidenti İlham Əliyevə başsağlığı verdi

Rusiya Azərbaycandan alır, amma Ermənistan…

Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi

Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Azərbaycanda generala yüksək vəzifə verildi

Mehriban Əliyeva: Qoy, Yer üzündəki bütün azərbaycanlılar...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Gürcüstan azərbaycanlıları buna görə üzr tələb edir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla